• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb
10.09.2026 14:44

Şirkətin layihələri iki nüfuzlu beynəlxalq innovasiya tədbirində yüksək nəticələr əldə edib

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən “Silicon Valley International Invention Festival” (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan “International Exhibition of Inventions” (IEI 2026) sərgilərində bir sıra mükafatlara layiq görülüb. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də bir sıra universitetin dəstəyi ilə nümayəndə heyətimizin qatıldığı SVIIF 2026 və IEI 2026 tədbirləri dünyanın müxtəlif ölkələrindən yüzlərlə innovator və ixtiraçını bir araya gətirib. Belə ki, SVIIF 2026-da 30-dan çox ölkədən 500-dən artıq innovator iştirak edib, IEI 2026 sərgisində isə 29 ölkədən 3 700-dən çox ixtira nümayiş etdirilib.

Azercell-in tədbirlərdə təqdim etdiyi milli həllər telekommunikasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi və fövqəladə hallar zamanı etibarlı rabitənin təmin olunması istiqamətində Böhran İdarəetmə Qrupunun (BİQ) fəaliyyəti çərçivəsində hazırlanıb. Şirkətin  layihələri qızıl, gümüş və bürünc medallarla yanaşı, xüsusi “Semi-Grand Prix” mükafatı qazanıb.

Ən yüksək nəticə göstərən layihələrdən biri insanların daxil olması çətin və ya təhlükəli olan ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına dəstək üçün hazırlanmış “M.R.S. – Mercy Rescue Snake” olub. Layihə Silikon Vadisində qızıl medal və “Semi-Grand Prix”, Quançjouda isə gümüş medal qazanıb.

Daha iki layihə SVIIF 2026-da qızıl medala layiq görülüb. “S.O.N.I.A.” avtonom dron sistemi müxtəlif xilasetmə vasitələrinin vahid platformaya inteqrasiya olunaraq idarə edilməsinə imkan verir. “Cyclowareness” layihəsi isə rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik üzrə maarifləndirmənin gücləndirilməsinə yönəlib. 

Böhran anlarında telekommunikasiya xidmətlərinin sürətli bərpası və fasiləsizliyinin təmin edilməsi üçün hazırlanmış “Azercell Network Drone Complex” Quançjouda qızıl, Silikon Vadisində isə bürünc medal qazanıb. Texnologiya əsaslı monitorinq və operativ reaksiya vasitəsilə təhlükəsizliyin artırılmasına yönəlmiş “AzercellSafe Environment” həlli isə hər iki tədbirdə gümüş medala layiq görülüb.

Azercell-in Təhlükəsizlik Departamentinin əməkdaşı Səfərəli Səfərli hər iki beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Mükafatlandırılan layihələr Azercell-in süni intellekt, robototexnika, avtonom texnologiyalar və kibertəhlükəsizlik sahəsində hazırladığı həllərin böhran anlarında operativ reaksiya və dayanıqlı rabitənin təmin edilməsində praktiki tətbiqini nümayiş etdirir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol