• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Nağıyev Qazaxıstanda regional təhlükəsizlik üzrə görüşdə iştirak edib

Əli Nağıyev Qazaxıstanda regional təhlükəsizlik üzrə görüşdə iştirak edib
16.09.2026 20:18

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda Mərkəzi Asiya dövlətləri və Azərbaycan xüsusi xidmət orqanları rəhbərlərinin “Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması” mövzusunda keçirilən görüşdə iştirak edib.Bu barədə DTX-dən məlumat verilib.

Əli Nağıyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının ölkələr arasında münasibətlərin strateji xarakterini əks etdirdiyini bildirib.

O qeyd edib ki, Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qoşulması regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm addımdır və Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələri yeni mərhələyə yüksəldib. Azərbaycanın formata tamhüquqlu iştirakçı kimi qoşulması barədə qərar 2025-ci ildə qəbul edilib.

DTX rəisi regional təhlükəsizliyə əsas təhdidlər sırasında beynəlxalq terrorçuluq və dini ekstremizm, transmilli cinayətkarlıq, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və kritik infrastruktura yönələn təhdidləri qeyd edib.

Onun sözlərinə görə, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinə təsir göstərmək üçün müasir informasiya texnologiyalarından istifadə imkanları xüsusi narahatlıq doğurur.

Əli Nağıyev Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, etimad və əməkdaşlıq əsasında inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol