İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinə 71 hakim təyin edilməsi barədə sərəncam imzalayıb. Onlardan 32-si hakim vəzifəsinə, 39-u isə hakim vəzifəsinə namizəd kimi təyin edilib.
Təyinatlar ağır cinayətlər, inzibati, kommersiya, hərbi, rayon və şəhər məhkəmələrini əhatə edir.
Hakim vəzifəsinə təyin edilənlər:
Ağır cinayətlər məhkəmələri
Bakı Ağır Cinayətlər Məhkəməsi: Muradov Pərviz Namiq oğlu
Gəncə Ağır Cinayətlər Məhkəməsi: Bəşirov Cəmil İsmayıl oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsi: Məmmədova Esmira Qərib qızı
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi: İsmayılov Samir Bəyistan oğlu, Quliyev Tariyel Şirindil oğlu
Şəki Ağır Cinayətlər Məhkəməsi: Əfəndizadə Tural Qurbanəli oğlu
İnzibati məhkəmələr
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi: Əliyev Tural Yusif oğlu
Sumqayıt İnzibati Məhkəməsi: Həbibova Könül Əbülfəz qızı, Şirəliyeva Vəfa Zavrulla qızı
Şirvan İnzibati Məhkəməsi: Qurbanova Pərvanə Tahir qızı
Kommersiya məhkəmələri
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi: Musayev Kamran İbrahim oğlu
Gəncə Kommersiya Məhkəməsi: Qələndərzadə Ramiq Ramis oğlu
Sumqayıt Kommersiya Məhkəməsi: Həmidli Fərman Fəzail oğlu, Mirzəfərova Könül Murtuz qızı
Şəki Kommersiya Məhkəməsi: Qurbanova Mazlum Gülnaz İntiqam qızı
Bakı şəhərinin rayon məhkəmələri
Binəqədi Rayon Məhkəməsi: Məmmədov Pərviz Şahin oğlu
Xətai Rayon Məhkəməsi: Məmmədli Aydan Zakir qızı
Xəzər Rayon Məhkəməsi: Abiyeva Nərmin Mirhəsən qızı
Nəsimi Rayon Məhkəməsi: Musayeva Vüsalə Vahid qızı
Nizami Rayon Məhkəməsi: Əliyeva Starə Vidadil qızı
Suraxanı Rayon Məhkəməsi: Əliyeva Aynur Məhəmməd qızı, Rzayeva Fəridə İslam qızı
Rayon və şəhər məhkəmələri
Abşeron Rayon Məhkəməsi: Qasımov Abusət Sahib oğlu, Mirhəsənli Mirnəsir Mirfazil oğlu
Gəncə Şəhər Məhkəməsi: Əliyeva Leyla Kamil qızı, Xanməmmədova Liza Əliəşrəf qızı
Füzuli Rayon Məhkəməsi: İsmayılov Elmir Akif oğlu
Hacıqabul Rayon Məhkəməsi: Bayramov Orxan Telman oğlu
Mingəçevir Şəhər Məhkəməsi: Quliyeva Güləndam Gündüz qızı
Neftçala Rayon Məhkəməsi: Mürsəlova Aygün Mayıl qızı
Sumqayıt Şəhər Məhkəməsi: Əliyeva Vəsilə Əlövsət qızı
Ucar Rayon Məhkəməsi: Bədəlov Xəyal Natiq oğlu
Sərəncamın ikinci hissəsinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, 39 hakim vəzifəsinə namizəd də birinci instansiya məhkəmələrinin hakimi təyin edilib.
Hakim vəzifəsinə namizəd kimi təyin edilənlər:
Cəlilabad Hərbi Məhkəməsi: Muxtarov Mirtale Mirzamin oğlu
Şəki İnzibati Məhkəməsi: Həsənzadə Səbuhi Mehdi oğlu, Həşim Rəşad Əlisahib oğlu
Culfa Rayon Məhkəməsi: Qurbanova Gülay Əjdər qızı
Naxçıvan Şəhər Məhkəməsi: Nəcəfova Taliyə Tofiq qızı
Binəqədi Rayon Məhkəməsi: Cəfərov Vüsal Suliddin oğlu, Əkbərova Aysel Seymur qızı, Əzizli Bəsdi İlham qızı
Xətai Rayon Məhkəməsi: Səfərova Ülkər Asim qızı
Nərimanov Rayon Məhkəməsi: Əliyev Natiq Abbas oğlu, Məmmədova Nuranə Asif qızı
Nizami Rayon Məhkəməsi: Nəcəfova Lamiə Amil qızı
Sabunçu Rayon Məhkəməsi: Abbasova Fərəh Qulam qızı
Səbail Rayon Məhkəməsi: Əhmədli Səxavət Böyükağa oğlu
Suraxanı Rayon Məhkəməsi: Rzayev Əsvər Məhərrəm oğlu, Zərbiyeva-Babazadə Fatimə Qədir qızı
Yasamal Rayon Məhkəməsi: Kazımova Şəhla Saleh qızı
Ağcabədi Rayon Məhkəməsi: Süleymanova Leyla Abbas qızı
Balakən Rayon Məhkəməsi: Abbaslı Vüqar Qurban oğlu
Bərdə Rayon Məhkəməsi: Həmidova Aynur Eldar qızı, Məmmədov Rəsul Yasər oğlu
Daşkəsən Rayon Məhkəməsi: Abbasov Lətif Kazım oğlu
Füzuli Rayon Məhkəməsi: Nəsirli Nərmin Hüseyn qızı
Gədəbəy Rayon Məhkəməsi: Hümbətov Əli Surxay oğlu
Gəncə Şəhər Məhkəməsi: Abbasov Səbuhi Mehdi oğlu
Goranboy Rayon Məhkəməsi: Abdullayev Hörmət Uğurlu oğlu
Göyçay Rayon Məhkəməsi: Hümbətov Elmir Sahib oğlu
İmişli Rayon Məhkəməsi: Məmmədova Rübabə Əşrəf qızı
Qobustan Rayon Məhkəməsi: Adıgözəlova Bəxtşən Aydın qızı
Quba Rayon Məhkəməsi: İsa-zadə Elnur Nizami oğlu
Saatlı Rayon Məhkəməsi: Kazımlı Araz Osman oğlu
Sabirabad Rayon Məhkəməsi: Mikayılov Səbuhi Həsənpaşa oğlu
Salyan Rayon Məhkəməsi: Babayev Rəşad Mahir oğlu
Sumqayıt Şəhər Məhkəməsi: Məmmədov Fariz Rais oğlu
Şəmkir Rayon Məhkəməsi: Əlizadə Əli İlqar oğlu
Şirvan Şəhər Məhkəməsi: Allahverdiyev Fuad Zahir oğlu, Məmmədova Aydan Adgözəl qızı
Tovuz Rayon Məhkəməsi: İslamzadə Vüqar Səyyar oğlu
Zaqatala Rayon Məhkəməsi: Tağıyeva Vəfa Hənifə qızı