• $
  • €
  • ₽
  • ₺
  • £

BMT: Cibuti sahillərində gəmi qəzasında 100-dən çox miqrant ölüb

BMT: Cibuti sahillərində gəmi qəzasında 100-dən çox miqrant ölüb
11.10.2026 18:16

Qırmızı dənizdə, Cibuti sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində 109 nəfər ölüb, 116 nəfər itkin düşüb.Bu barədə BMT sisteminə daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Məlumata görə, gəmidə Cibutidən Yəmənə yola düşən 305 Efiopiya vətəndaşı olub.

Təşkilatın bildirdiyinə görə, ölənlər arasında 15 uşaq da var. Təxminən 80 nəfər sağ qalıb.

Hadisə oktyabrın 9-na keçən gecə Cibutinin Obok şəhərindən şimalda baş verib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Afrika Buynuzu ölkələrindən Bab-əl-Məndəb boğazı vasitəsilə Yəmənə, oradan isə Səudiyyə Ərəbistanına uzanan marşrut Şərqi Afrikadan miqrantların istifadə etdiyi əsas qeyri-qanuni miqrasiya yollarından biridir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Zelenski Türkiyəyə səfər edib
Dünya 16:48
Zelenski Türkiyəyə səfər edib
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Dünya 12:00
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Dünya 08:54
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol