• $
  • €
  • ₽
  • ₺
  • £

SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb

SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb
11.10.2026 22:30

Hörmüz boğazında daha bir neft tankerinin dəniz minasına düşdüyü bildirilir.

İranın IRIB telekanalına istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, qaydaları pozduğu iddia edilən supertanker bu gün axşam saatlarında Hörmüz boğazının cənub hissəsində dəniz minasına çırpılıb. Hadisə nəticəsində gəminin mühərrik otağında partlayış baş verib və yanğın başlayıb.

SEPAH-ın məlumatına görə, xam neft daşıyan tanker boğazdan çıxmağa çalışarkən bütün naviqasiya sistemlərini söndürüb və icazə verilməyən marşrutla hərəkət edib.

Qurum bildirib ki, son sutka ərzində Hörmüz boğazında müəyyən edilmiş marşrutdan kənar hərəkət edən üç neft tankeri dəniz minalarına çırpılaraq yanğına məruz qalıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri naviqasiya və tanınma sistemlərini söndürən bütün gəmilərin düşmən kimi qiymətləndiriləcəyini və onlara qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.

İran tərəfi bundan əvvəl də iri neft tankerinin Hörmüz boğazında minaya düşdüyünü bildirmişdi. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu açıqlayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol