Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nəcəfov Nicat Şahbala oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri - 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M. Mikayılov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox