• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib


Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
23.10.2026 13:25

Son illər ərzində 30-dan artıq Hindistan filmi Azərbaycanda çəkilib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat brifinqində bildirib.

Nazir qeyd edib ki, təhsil, mədəniyyət, idman və turizm Azərbaycan-Hindistan münasibətlərinin mühüm istiqamətləridir. O vurğulayıb ki, bu sahələrdə əməkdaşlığın davam etdirilməsi ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Bayramov bildirib ki, görüş zamanı Cənubi Qafqazdakı ümumi vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin postmünaqişə dövründə normallaşması, eləcə də ötən il keçirilən Vaşinqton sammitindən sonra əldə olunan irəliləyişlər və müsbət meyillər barədə fikir mübadiləsi aparılıb.

Onun sözlərinə görə, müzakirələr zamanı Azərbaycanın Ermənistanla yük daşımalarına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırması, bir sıra Azərbaycan məhsullarının Ermənistana ixracına başlanması, müxtəlif dövlət qurumlarının nümayəndələrinin qarşılıqlı səfərləri və cəmiyyətlər arasında təmaslar da diqqət mərkəzində olub.

Nazir əlavə edib ki, normallaşma prosesinin tam başa çatdırılması üçün Ermənistan tərəfindən atılmalı olan siyasi addımlarla bağlı gözləntilər də hindistanlı həmkarının diqqətinə çatdırılıb.

Bayramov, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, vətəndaşların həmin ərazilərə qayıdışı və davam edən mina təhlükəsi barədə məlumat verib. O bildirib ki, artıq 100 minə yaxın vətəndaşın həmin ərazilərə qayıtması üçün imkan yaradılıb və onlar orada yaşayır, təhsil alır və əmək fəaliyyəti ilə məşğul olurlar.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol