• $
  • €
  • ₽
  • ₺
  • £

“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV

“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
26.10.2026 21:16

Livanın “Hizbullah” hərəkatı İrandan milyonlarla dollar maliyyə dəstəyi aldıqdan sonra İsraillə hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı üç aydır hazırlıq görür.Bu barədə “Reuters” agentliyi Livanın təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 2024-cü ildən bəri İsraillə döyüşlərdə minlərlə döyüşçüsünü, komandanlıq heyətini və silah ehtiyatlarının böyük hissəsini itirən hərəkat iyun ayından etibarən yaranmış nisbi sakitlikdən istifadə edərək yenidən silahlanır. Təşkilatın əsas diqqəti partlayıcı maddələrin əldə edilməsinə və İsrail mövqelərinə zərbələr endirmək üçün dronların istehsalına yönəlib.

Mənbələrin bildirdiyinə görə, Tehran “Hizbullah”ın hərbi imkanlarını bərpa etməsi üçün təşkilata on milyonlarla dollar vəsait ayırıb. Bu məbləğ İrandan Livanın şiə əhalisi arasında köçkün düşmüş ailələrə yardım məqsədilə göndərilən 200 milyon dollardan əlavədir.

Həmçinin hərəkatın əvvəlki döyüşlərdə zərər görmüş komanda-idarəetmə sistemini bərpa etməyə çalışdığı bildirilir.

“Hizbullah”ın mətbuat xidməti “Reuters”ə açıqlamasında İsrailin Livan ərazilərini işğal etməsinin müqaviməti təşkilat üçün qanuni hüquqa çevirdiyini bildirib. Hərəkat komanda-idarəetmə sisteminin sıradan çıxması ilə bağlı iddiaları isə təkzib edib.

ABŞ Dövlət Departamenti öz növbəsində Vaşinqtonun sanksiyalar vasitəsilə “Hizbullah”ın maliyyə resurslarını məhdudlaşdırmağa davam edəcəyini açıqlayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Dünya 13:47
Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Moskvada mobil internet söndürülüb
Dünya 12:48
Moskvada mobil internet söndürülüb
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Dünya 23:44
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Dünya 22:46
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Dünya 21:16
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Dünya 20:44
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib
Dünya 18:26
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib

Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Dünya 14:39
Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Dünya 00:04
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol