İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
İstanbul Fond Birjasının ("Borsa İstanbul") baş direktoru Qorxmaz Enes Ərqun birjada manipulyasiya ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.Bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Ərqun "cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq" və "rüşvət almaq" ittihamları ilə saxlanılıb.
İstintaq tədbirləri davam etdirilir.