• $
  • €
  • ₽
  • ₺
  • £

Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb

Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
01.11.2026 14:12

Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, fiziki zorakılıqla üzləşməsi və peşə fəaliyyətlərinə maneələr yaradılması narahatlıq doğurur.Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında bildirilib.

Qeyd olunub ki, jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna da müdaxilədir.

Bəyanatda vurğulanıb ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.

Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə pisləyib, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edib.

Şura, həmçinin hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa, onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Cəmiyyət 14:48
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Cəmiyyət 14:12
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Cəmiyyət 13:43
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Sabah 22 dərəcə isti olacaq
Cəmiyyət 12:45
Sabah 22 dərəcə isti olacaq
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Cəmiyyət 11:50
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Cəmiyyət 09:57
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 09:30
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 22:49
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Cəmiyyət 20:42
Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol