Real TV bu il martın ikinci yarısında yayıma başlayacaq

18:40 | 05.03.2018
Real TV bu il martın ikinci yarısında yayıma başlayacaq

Real TV bu il martın ikinci yarısında yayıma başlayacaq

Bu gün Milli Televiziya və Radio Şurasinin lisenziyasını almış "Real"TV artıq test yayımına start verib və martın ikinci yarısında  yayıma başlamaq niyyətindədir, bu barədə ANews.az-a Real TV-dən məlumat verilib. 
 
"Artıq  Real TV ‭ Azerspace-də 11135 tezlikdə polarization horizontal, symbol rate 27500-də test yayımına başlayıb və  martın ikinci yarısında canlı yayıma başlamağa hazır olacaqdır", -  bu barədə saytımıza Real TV-də olan mənbə məlumat verib. 
 
Mənbənin verdiyi məlumata görə, kanal sarf informasiya kanalı olacaq. Onun rəhbəri isə Azərbaycaın tanınmış  telejurnalisti Mirşahin Ağayevdir. 
 

 
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının bu gün  iclası keçirilib. İclasda "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və onun  kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.


"Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV) baş direktoru Mirşahin Ağayevdir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb