Rejissorumuz Brest qalasında film çəkir

09:31 | 02.06.2014
Rejissorumuz Brest qalasında film çəkir

Rejissorumuz Brest qalasında film çəkir

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə “Əsgərin şücaəti” adlı yeni tammetrajlı bədii filmin istehsalına başlayıb.Kinostudiyadan verilən məlumata görə, ilk çəkilişləri Belarusun Brest şəhərində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub.Yeni ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru isə Nadir Mehdiyevdir.Hazırda Belarusda olan rejissor Elxan Cəfərov bildirib ki, filmin bu ölkədə çəkiləcək hissəsi üç mərhələdən ibarətdir. İstehsalat planına əsasən, çəkilişlər Brest, Minsk və paytaxtdan 40 kilometr aralıda yerləşən Vileyka qəsəbəsində aparılacaqdır. Çəkiliş qrupunun 90 nəfərdən artıq olmasına baxmayaraq, biz peşəkar bir komanda ilə işləyirik.Rejissor qeyd edib ki, vaxtilə “Mosfilm” İkinci Dünya müharibəsi ilə bağlı bütün kino layihələri Belarusda lentə alındığından burada kino istehsalı mexanizmi kifayət qədər yüksək səviyyədədir. Bu da bizi qane edən ən vacib məsələdir.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM