Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi

16:17 | 29.04.2014
Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi

Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi

 Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcidin yenicə çapdan çıxmış "Dəlicəsinə" kitabının təqdimatı keçirilib. ADU İctimaiyyətlə əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, II Xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov, Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, Azərbaycan dili  və ədəbiyyatı kafedrasının müəllimləri, Filologiya və Jurnalistika fakültəsinin  tələbələri iştirak ediblər. Qonağı salamlayan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev  bildirib ki, Rəşad Məcid jurnalistikaya, publisistikaya və lirikaya eyni dərəcədə yaxın olmağı, mövcud istiqamətdəki proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir.  Yeni çapdan çıxmış kitabı da onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşımaqdadır. ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva isə R.Məcidin rəhbərlik etdiyi "525-ci qəzet”in Azərbaycan mətbuatında obyektiv mövqeyi ilə seçildiyini qeyd edib. Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov da "525-ci qəzet” və “Dəlicəsinə” kitabı haqqında fikirlərini bölüşüb. Filologiya və Jurnalistika fakültəsinin 247a qrup tələbəsi Ülkər Salamova "525-ci qəzet” və “Dəlicəsinə” kitabı haqqında təqdimatla çıxış edib. Təqdimat mərasimində çıxış edən Rəşad Məcid  ADU-da olmaqdan məmnunluğunu ifadə edib. R.Məcid baş redaktoru olduğu "525-ci qəzet”in yaranma zərurətindən, fəaliyyətindən və inkişafından danışıb. Müasir ədəbiyyatımızda mövcud olan problemlərdən söz açan R.Məcid gənclərin az mütaliə etdiyini sözlərinə əlavə edib. O, ədəbiyyata, jurnalistikaya dövlət tərəfindən qayğı göstərildiyini bildirib. Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb