Rihanna Hafiz Məmmədovun klubunu alır?

16:10 | 09.08.2014
Rihanna Hafiz Məmmədovun klubunu alır?

Rihanna Hafiz Məmmədovun klubunu alır?

Məşhur müğənni azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun keçmiş ortağı Hafiz Məmmədovun futbol klubunu almaq barədə düşünür. Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə Rihanna dostu, məşhur futbolçu Didye Droqbanın məsləhəti ilə futbol klubu almaq istədiyini elan edib. Bu xəbəri eşidən kimi Fransanın “Lans” klubunun azarkeşləri Rihannaya müraciət edərək pullarını bu kluba yatırmağı xahiş ediblər. Xəbərdə bildirilir ki, “Lans” klubunun səhmlərinin üçdə ikisinə nəzarət edən H.Məmmədov müflis olduğundan klubun büdcəsinə maliyyə vəsaiti verə bilmir. Bu üzdən Fransa Futbol Federasiyası “Lans”ın yüksək liqada oynamasına icazə verməyib. Fransa KİV-ləri yazır ki, Rihanna əvvəlcə ingilis klublarından birini almaq istəyirmiş. Lakin “Lans” tərəfdarlarının müraciətindən sonra o, hazırda böhran içində olan Fransa klubunu almaq üzərində düşünməyə başlayıb. Rihanna bu barədə öz Tvitter səhifəsində yazıbANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb