Robotlar diş həkimlərini əvəz edəcək

19:09 | 19.10.2016
Robotlar diş həkimlərini əvəz edəcək

Robotlar diş həkimlərini əvəz edəcək

Yaxın gələcəkdə robotlar stomatoloqları əvəz edə biləcək. 
 
"vistanews.ru" saytının yazdığı məlumata görə, artıq dişlərin müalicəsi prosesinin necə aparılacağı ilə bağlı video "Facebook” sosial şəbəkəsində dərc olunub.

Çantaya yerləşən, ancaq sürmək üçün yararlı olan "cib” avtomobilinin yaradıcısı "WALKCAR COCOA MOTORS.Inc” şirkəti videonun müəllifi qismində çıxış edib.  

Videoçarxda robotun ağız boşluğunun diaqnostikasını necə apardığını görmək mümkündür. Kompüter monitorunda müalicəsi lazım olan yerlər də göstərilir. Bundan sonra müalicə prosesinin özü başlayır. 

"Joinfo.ua” portalının mütəxəssislərinin sözlərinə görə, belə bir robot onun üzərinə düşən işləri və təyin olunan vəzifələri çox gözəl bacarır, onları dəqiq və səlis yerinə yetirir. "Avropada XXI  əsrdir. Artıq bizim ağzımızda qurdalanmağınızın vaxtı çoxdan bitib” - deyə "Facebook”dakı videoda yazılmış yazıda deyilir.

Beləliklə, təklif olunur ki, tezliklə stomatoloqların xidmətinə daha ehtiyac qalmayacaq. Diş həkimlərinin bütün öhdəlikləri kompüter arxasında həll olunacaq və maşının iş rejiminin seçimi ilə yerinə yetiriləcək. //ikt.lent.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb