Rusiya Azərbaycanı banklararası əməkdaşlığı genişləndirməyə çağırıb

17:18 | 07.03.2024
Rusiya Azərbaycanı banklararası əməkdaşlığı genişləndirməyə çağırıb

Rusiya Azərbaycanı banklararası əməkdaşlığı genişləndirməyə çağırıb

Rusiya ilə Azərbaycan  arasında aparılan ticarətin 54,2% milli valyutalarda həyata keçirilir. Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov  bildirib. 

"Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Ən parlaq sübut dövriyyə göstəriciləridir. 2023-cü ilin sonunda ticarət dövriyyəsi 380 milyard rubl səviyyəsinə çatıb və fiziki həcmdə demək olar ki, üçdə bir artdı. Eyni zamanda, Rusiya-Azərbaycan ticarətinin yarıdan çoxu, yəni 54,2% milli valyutalarda həyata keçirilir - 54,2%”, - Reşetnikov bildirib.

O, həmçinin söyləyib ki, Rusiya Azərbaycan iqtisadiyyatına yatırım edən ən böyük beş investordan biridir.
 
"Ötən ilin sonunda ölkə Azərbaycana təxminən 25 milyard rubl (indiki məzənnə ilə təxminən 274 milyon dollar) sərmayə qoyub. Hazırda respublikada Rusiyanın iştirakı ilə ümumilikdə təxminən 570 milyard rubl (indiki məzənnə ilə 624 milyon ABŞ dolları) dəyərində müxtəlif layihələr həyata keçirilir”, - o qeyd edib.

Reşetnikovun sözlərinə görə, istənilən ölkədə biznes üçün əlverişli maliyyə alətlərin', turistlər isə xaricdə mal və xidmətlərin ödənişi üçün rahat sistemə ehtiyac duyurlar. Bu baxımdan, Azərbaycan və Rusiya üçün banklararası qarşılıqlı əlaqənin genişləndirilməsi, milli valyutalarda birbaşa müxbir hesabların sayının artırılması və daha çox Azərbaycan bankının Rusiya Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sisteminə qoşulması vacibdir.
 
Azərbaycan iqtisadiyyat naziri Cabbarov bildirib ki, Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
 
"Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının güclənməsi fonunda ticarət dövriyyəmiz və işgüzar tərəfdaşlığımız da genişlənir. Rusiya ilə sənaye, ticarət, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq sahələri üçün böyük potensial var. Bu potensialın reallaşdırılması ikitərəfli iqtisadi gündəliyimizdə əsas prioritetdir”, - Cabbarov bildirib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti