Rusiya bu ölkəyə ordu yeridəcək

09:24 | 04.01.2018
Rusiya bu ölkəyə ordu yeridəcək

Rusiya bu ölkəyə ordu yeridəcək

Rusiya Moldova Prezidenti İqor Dodonun səlahiyyətlərinin əlindən alınmasından istifadə edərək, bu ölkədə yeni konflikt başlada bilər.

Axar.az xəbər verir ki, bunu "Exo Moskva” radiosuna müsahibəsində rusiyalı politoloq Stanislav Belkovski söyləyib. Onun sözlərinə görə, Dodon məhz rusiyayönlü mövqeyi səbəbindən cəzalandırılıb:

"Vladimir Putin postsovet məkanında kimisə dəstəkləməyə başlayan kimi onun böyük problemləri yaranır. Belə nümunələr kifayət qədər çoxdur. Növbəti dəfə Rusiyanın postsovet ölkələrindən birini tutmaq cəhdi alınmır. Moldovadakı proseslər buraya ordu yeridilməsi ilə nəticələnə bilər. Bu, təbii ki, Rusiya ordusu olmayacaq. Bu ordu "Vaqner” kimi özəl hərbi şirkətlərə məxsus dəstələr olacaq”.

Qeyd edək ki, bundan öncə Moldova Konstitusiya Məhkəməsi Dodonun hökumətin qərarlarını ləğv etmək səlahiyyətlərini əlindən alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb