Rusiya indiyədək Azərbaycana 12 min COVID-19 testi göndərib

22:30 | 08.09.2020
Rusiya indiyədək Azərbaycana 12 min COVID-19 testi göndərib

Rusiya indiyədək Azərbaycana 12 min COVID-19 testi göndərib

Rusiya 39 ölkəyə indiyədək 1 066 200 koronavirus testi göndərib.

"Report” xəbər verir ki, bu barədə məlumatı Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti yayıb.

Testlərin böyük qismi – 699 700-ü MDB dövlətləri və qondarma Abxaziya və Cənubi Osetiya respublikalarına çatdırılıb. 
 
MDB dövlətləri arasında ən az COVID-19 testi Azərbaycana göndərilib – 12 000. Bu göstəriciyə görə lider ölkələr Qırğız Respublikası (157 000), Özbəkistan (138 500) və Ermənistandır (100 000).

Statistika sentyabrın 4-dək olan dövrü əhatə edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb