Rusiya İsveçi ələ keçirir? - İDDİA

11:14 | 19.09.2016
Rusiya İsveçi ələ keçirir? - İDDİA

Rusiya İsveçi ələ keçirir? - İDDİA

İsveçdə Rusiya tərəfindən artan təhlükədən narahatdırlar.

ANN.Az İsveçin "Dagens Nyheter" qəzetinə istinadən xəbər verir ki, bu məlumat hərbi planlaşdırma və kəşfiyyat idarələrinə aidiyyatı olan qurumlara istinadən yayılıb.

Təhlükə konkret olaraq müəyyən edilməsə də, onun tamamilə gizli və milli təhlükəsizlik üçün vacib olduğu bildirilir. Söhbət Baltik dənizindəki Qotland adasında təcili olaraq hərbi hissənin yerləşdirilməsinə gətirib çıxaran kəşfiyyat məlumatlarının əldə edilməsindən gedir.

İsveçin müdafiə naziri Peter Hultkvist sözügedən məlumatı şərh etməkdən imtina edib.

Bir müddət öncə Rusiyanın Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Yevgeniy Serebrennikov bəyan edib ki, Rusiya İsveçin NATO-ya üzv olacağı təqdirdə şimal və şimal-qərb sərhədlərində hərbi qüvvələrin artırılacaq.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti