Rusiyanı NATO-ya çağırıblar, amma o, daxil olmaq istəməyib, - ABŞ Dövlət Departamenti

16:58 | 20.05.2022
Rusiyanı NATO-ya çağırıblar, amma o, daxil olmaq istəməyib, - ABŞ Dövlət Departamenti

Rusiyanı NATO-ya çağırıblar, amma o, daxil olmaq istəməyib, - ABŞ Dövlət Departamenti

Rusiyanın NATO-ya dəvət edilməsi təklifi 1990-cı illərdə müzakirə edilib. Lakin Rusiya bu təklifdən imtina edib. Bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Blinken Kolbertin Rusiyanın NATO-ya dəvət edilməsi məsələsinə zarafatyana cavab verib. "NATO, müdafiə ittifaqıdır, onun üzvləri hər hansı bir hücum zamanı bir-birlərini müdafiə edəcəklərinə inanırlar”, – o bildirib.


"NATO-nun Rusiyaya qarşı aqressiv niyyəti yoxdur, heç vaxt Rusiyaya hücum etməyib, hücum etməyəcək və hücum etmək fikrində də deyil”, - Blinken bildirib.


Rusiya prezidenti Vladimir Putin daha əvvəl ABŞ-ın Rusiyanı NATO-ya buraxmaması barədə  iddia irəli sürüb. 


Putin 2017-ci ildə amerikalı rejissor Oliver Stouna verdiyi müsahibəsində bildirib ki, o ABŞ prezidenti Bill Klintona Rusiyanı NATO-ya daxil etmək barədə düşünməyi təklif edib. 

"Müzakirələr zamanı mən dedim: "Yaxşı bəlkə  Rusiyanın NATO-ya daxil olması variantına bxaaq”, - Putin deyib. Rusiya prezidentinin sözlərinə görə, Klinton "yaxşı, mən etiraz etmirəm” cavabını versə də bundan sonra bütün Amerika nümayəndə heyəti əsəbiləşib".

Stounun Rusiyanın daha sonra alyansa qoşulmaq üçün müraciət etdimi sualına isə  Rusiya lideri gülüşlə cavab verib.


Bu ilin fevralında Putin Rusiyanın NATO-ya daxil olmasının mümkünlüyü barədə  Bill Klintona verdiyi sualı xatırlayaraq bu hadisəni yenidən yada salıb.


Amma bu dəfə Putin bildirib ki,  "sualına verilən reaksiya çox təmkinli oub”.
 
Apreldə Bill Klinton bildirib ki, ABŞ Rusiyaya NATO-ya daxil olmağı təklif edib. " Biz NATO-nun qapılarını Rusiyanın üzünə açıq saxlamışdıq. Bu barədə həm Yektsin, həm də ondan sonra hakiiyyətə gəllən Putinə bildirmişdik",  -  Klintok The Atlantic jurnalında apardığı bloqunda yazıb. 
 
 
Cavanşir Qasımov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb