İran Rusiya qazının ixrac həcmini bərpa etmək üçün perspektivli istiqamətlərdən biridir. Rusiya prezidenti Vladimir Putin bildirib.
"İran uzun müddətdir ki, bizdən qaz almaq istəyir. Bu, bizim üçün çox əlverişli yerdir. İranla qonşu ölkələrdə bazarların böyük olduğunu nəzərə alaraq, bu layihənin həyata keçirilməsi mümkün olan layihə olmasına inanıram. Hətta deyərdim qaza çox böyük ehtiyac var”, - Putin bildirib.
O qeyd edib ki, İrana qaz ixracı ilə bağlı müxtəlif variantlara baxıla bilər.
"Burada müxtəlif imkanlar var və biz müxtəlif bazarları inkişaf etdirəcəyik. Biz qazı mübadilə üsulu və ya bir qədər əvvəl dediyim kimi maye qaz şəklində də ixrac edə bilərik", - Putin əlavə edib.
"Biz, əlbəttə ki, satış həcmini bərpa edəcək və iqtisadiyyatımızı inkişaf etdirəcəyik", - Rusiya prezidenti vurğulayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !