Rusiya sərhəddə hərbi bazanın inşasına başladı

13:55 | 10.09.2015
Rusiya sərhəddə hərbi bazanın inşasına başladı

Rusiya sərhəddə hərbi bazanın inşasına başladı

Rusiya Ukrayna ilə sərhəddə nəhəng hərbi baza inşa edir.

ANS PRESS-in məlumatına görə, Reuters agentliyi Rusiyanın rəsmi dövlət saytı olan "zakupki.gov.ru" saytına istinadla belə bir iddia ilə çıxış edib. Bildirilib ki, 300 hektar sahəni əhatə edəcək bazada bir neçə min əsgərlik kazarma, silah-sursatın saxlanması üçün artilleriya anbarı, təlim və tibb mərkəzləri də olacaq. 

Reuters-in müxbiri həmin ərazidə artıq metal hasarların quraşdırıldığını da qeyd edib. "Hərbi şəhərcik tikirlər. Artıq vaqonlar da gətirilib. Burada hər tərəf dəmir yoluna qədər tarladır", - deyə Aleksandr Pançenko adlı yerli sakin müxbirə müsahibəsində deyib. İnşaat işlərinin nümayəndəsi isə burada "gizli obyekt"in inşa edildiyini bildirərək əlavə şərh verməkdən imtina edib.

Reuters agentliyi bununla bağlı Rusiyanın Müdafiə Nazirliyinə sorğu göndərsə də, hələlik sorğuya heç bir cavab verilməyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb