Rusiya və Tacikistan birgə hərbi təlimlərə başlayıb

20:15 | 15.04.2024
Rusiya və Tacikistan birgə hərbi təlimlərə başlayıb

Rusiya və Tacikistan birgə hərbi təlimlərə başlayıb

Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb.Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərin açılışı "Harb Maydon” poliqonunda başlayıb.

Məlumata görə, Rusiya hərbi kontingentinin əsasını 201-ci Rusiya hərbi bazasının dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin hava qruplarının ekipajları təşkil edir.

Manevrlər zamanı iştirakçılar terrorçuların məhv edilməsi, eləcə də silahlı birləşmələrin hücumu zamanı sərhədin qorunması ilə bağlı tapşırıqları yerinə yetirəcəklər.

Təlimlər dağlıq ərazilərdə keçiriləcək və aprelin 18-dək davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb