Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib

19:30 | 17.05.2022
Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib

Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib

Rusiya fiziki şəxslərin ölkə xaricinə pul köçürmələri ilə bağlı yeni hədd müəyyən edib.

Bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

Belə ki, Rusiya rezidentləri, həmçinin dost ölkələrdən olan qeyri-rezidentlər bir təqvim ayı ərzində Rusiyadakı bank hesabından xaricdəki öz hesabına və ya digər fiziki şəxsin hesabına maksimum 50 min ABŞ dolları və onun başqa valyutada ekvivalenti həcmində pul vəsaiti köçürə bilər.

Daha əvvəl limit 10 min ABŞ dolları təşkil edirdi.

Məhdudiyyətlər 2022-ci ilin sentyabr ayının 30-dək müəyyən edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb