Rusiyanın ədəbi mükafatının uzun siyahısında - iki azərbaycanlı

13:12 | 13.03.2014
Rusiyanın ədəbi mükafatının uzun siyahısında - iki azərbaycanlı

Rusiyanın ədəbi mükafatının uzun siyahısında - iki azərbaycanlı

“Russkaya Premiya”nın 2013-cü ilin yekunlarına görə uzun siyahısı açıqlanıb.

“Russkaya Premiya" beynəlxalq ədəbiyyat mükafatının təşkilat komitəsi və Yeltsin Mərkəzi 2013-cü ilin yekunlarına görə mükafata namizəd kimi layiq görülənlərin “uzun siyahını” elan edib.

Siyahıya 14 ölkədən 35 yazarın və şairin adı daxildir.

Azərbaycandan siyahıda iki nəfərin adı var. “Poeziya” nominasiyasında şair Nicat Məmmədovun namizədliyi “Место встречи повсюду” kitabı “Русский Гулливер” nəşriyyatı tərəfindən irəli sürülüb.

Kiçik həcmli nəsr nominasiyasında isə Natiq Rəsulzadə “Hekayələr və povest” kitabı ilə namizədliyi özü irəli sürüb.

Xatırladaq ki, keçən il bu mükafatın “uzun siyahısına” iki azərbaycanlı müəllif Azər Abdulla və Maqsud İbrahimbəyov düşmüşdülər.

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb