Rusiyanın ən yaxşı yazıçısı seçildi

10:54 | 05.12.2013
Rusiyanın ən yaxşı yazıçısı seçildi

Rusiyanın ən yaxşı yazıçısı seçildi

2013-cü ilin «Русский Букер» mükafatı «Возвращения в Панджруд» (Pəncruda qayıdış) romanına görə yazıçı Andrey Volosa verildi.

O, Tacikistandandır. «Возвращения в Панджруд» farsdilli ədəbiyyatın banilərindən olan şair Rudəki haqqındadır. Müasir dövrdə irsinə böyük dəyər verilsə də, rayonlar, prospektlər, ədəbi mükafatlar, kitabxanalara adı verilsə də, Rudəkinin həyatı barədə çox az məlumat var. Tənqdiçilərin yazdığına görə, yazıçı «Возвращения в Панджруд» əsərində faktiki olaraq şairə xarakter və bioqrafiya "yaradır". Əsər Rudəkinin xatirələri şəklində yazılıb. Buxara əmirinin qəzəbinə tuş gələn, kor edilən şair Vətəninə - Pəncrud kəndinə sürgün edilir. Özü də sürgün cəzasını özü icra etməlidir - 300 kilometrlik yolu piyada getməlidir...

1992-ci ildə təsis edilən «Русский Букер»in qalibinə 1,5 milyon rubl (təxminən 50 min dollar) təqdim edilir.

Oxuzali.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb