“Röyters”: Daha bir Rusiya təyyarəsi qəzaya uğrayıb, 40 nəfərin meyiti tapılıb - VİDEO

14:29 | 04.11.2015
“Röyters”: Daha bir Rusiya təyyarəsi qəzaya uğrayıb, 40 nəfərin meyiti tapılıb - VİDEO

“Röyters”: Daha bir Rusiya təyyarəsi qəzaya uğrayıb, 40 nəfərin meyiti tapılıb - VİDEO

Cənubi Sudanın paytaxtı Cubada An-12 yük təyyarəsi qəzaya uğrayıb.

APA-nın RBC-ya istinadən verdiyi xəbərə görə, yerli KİV təyyarənin göyərtəsində 12 nəfərin olduğunu yazıb.

Biri körpə olmaqla, iki nəfər sağ qalıb.

"Röyters”in məlumatına görə, təyyarə Cuba aeroportundan havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Agentliyin məlumatına görə, təyyarənin hissələri aeroport yaxınlığında Nil sahillərinə düşüb. Şahidlərin sözlərinə görə, təyyarənin qəzaya uğradığı ərazidə  təxminən 40 nəfərin meyiti aşkarlanıb.

Cənubi Sudanın prezidenti də qəza faktını təsdiqləyib. Prezidentin nümayəndəsi isə təyyarənin göyərtəsində 20-dək adam olduğunu istisna etməyib.

Rusiyanın Uqandadakı səfirliyindən isə bildiriblər ki, təyyarə qəzası ilə bağlı araşdırmalar aparılır. Ekipaj üzvlərinin Rusiya vətəndaşlarından ibarət olduğu deyilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM