Saatlıda zəhərlənən ailənin daha bir üzvü ölüb

13:06 | 28.12.2013
Saatlıda zəhərlənən ailənin daha bir üzvü ölüb

Saatlıda zəhərlənən ailənin daha bir üzvü ölüb

Saatlı rayonunda evdə konservləşdirilmiş pomidor turşusundan zəhərlənən ailə üzvlərindən daha biri dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, kütləvi zəhərlənmə Saatlı rayonunun Şirinbəy kəndində hadisəsi baş verib. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, 1984-cü il təvəllüdlü oğlu Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Daha sonra azyaşlılar Bakıdakı Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə 1 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion-Reanimasiya şöbəsinə çatdırılıblar. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM