Şadlıq saraylarına gedən mikroblu şirniyyat - VİDEO

17:17 | 08.04.2014
Şadlıq saraylarına gedən mikroblu şirniyyat - VİDEO

Şadlıq saraylarına gedən mikroblu şirniyyat - VİDEO

Sexə baxış keçirən polislər, burada heç bir sanitar qaydalara riayət edilmədiyi ortaya çıxarıblar

Paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində heç bir standartlara cavab verməyən şirniyyat sexi aşkar edilib. Əməliyyatı Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları həyata keçirib. Sexə baxış keçirən polislər, burada heç bir sanitar qaydalara riayət edilmədiyi ortaya çıxarıblar. Araşdırmalar zamanı şirniyyat sexinin sahibi Elşən Qafarovun sahibkarlıqla məşğul olması üçün sənədlərinin olmadığı məlum olub.7-ci polis bölməsinin sahə müvəkkili Zamiq Əliyev şirniyyat sexində antisanitariya şəraitində hazırlar məhsullar isə şəhərin müxtəlif dükanlarına və şadlıq saraylarına satılırmış. Obyektin sahibi və orada işləyən şəxslər isə kamera qarşısına çıxıb etdikləri əmələ görə, danışmaqdansa qaçmağa üstünlük verdilər.Ərazidə olan sahə müvəkkili bildirdi ki, qanunsuz sahibkarlıqla məşğul olan E. Qafarov barəsində inzibati protokol tərtib olunacaq. Hazırda insanların sağlamlığı naminə pul qazanan sahibkar barəsində 7-ci polis bölməsində təhqiqat araşdırmaları davam etdirilir. Şirniyyat sevən vətəndaşlara isə məsləhət olunur ki, bu məhsulları alan zaman diqqətli olsunlar. Çünki, əks halda bu cür keyfiyyətsiz məhsullar, həm cibinizə, həm də sağlamlığınıza ziyan vura bilər. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb