Şahbaz Xuduoğlu 4 saat istintaqa ifadə verib

16:30 | 06.03.2014
Şahbaz Xuduoğlu 4 saat istintaqa ifadə verib

Şahbaz Xuduoğlu 4 saat istintaqa ifadə verib

Bu yaxınlarda 150 min manat cərimələnən “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu dünən istintaqa çağırılıb, 4 saat dindirilib. Modern.az saytının məlumatına görə, Şahbaz Xuduoğlu hadisəyə belə münasibət bildirib: 

“Bütün həyatını kitaba həsr et, sonda müstəntiq qarşısında 4 saat ifadə ver. Bu, rəzalətdir, ziyalılara qarşı vergi terrorudur”.

Ş.Xuduoğlu deyib ki, “Qanun” Nəşriyyatına açılmış cinayət işi ilə əlaqədar olaraq bu gün daha 4 tərcüməçi istintaqa çağırılıb. “Qobustan” jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Əlixanlı, yazıçı Azər Abdulla, şair -tərcüməçi Aysel Əlizadə, tərcüməçi Hökumə Həbibova.

Qeyd edək ki, artıq bir neçə gündür nəşriyyatın işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar istintaqa çağırılaraq dindirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM