Sahib Ələkbərov: "Bu il cəmi 23 faiz neft hesabına büdcəyə vəsait daxil olacaq"

11:50 | 06.04.2016
Sahib Ələkbərov:

Sahib Ələkbərov: "Bu il cəmi 23 faiz neft hesabına büdcəyə vəsait daxil olacaq"

"Bu il cəmi 23 faiz neft hesabına, 78.5 faiz isə qeyri-neft sektoru hesabına büdcəyə vəsait daxil  olacaq."


ANN.Az xəbər verir ki, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidmətinin müşaviri Sahib Ələkbərov Bakı şəhər Vergilər Departamentində keçirilən "Açıq Qapı Günü"ndə 2016-cı ilin dövlət büdcəsində vergilərin rolundan danışıb. 

Sahib Ələkbərov hələ ötən ilin oktyabr ayından Azərbaycanın yeni iqtisadi dövrə daxil olduğunun aydınlaşdığını deyib: "Buna səbəb neft qiymətinin ucuzlaşması idi. Amma heç bir sosial işlər dayandırılmadı. Həmçinin vergi sahəsində də. Daha çox sahibkarların işlərini rahatlaşdırdıq və səyyar yoxlamaların sayının 30 faiz  azaltdıq".
 
Nazir müavinin sözlərinə görə, bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinin icrası ilə bağlı proqnoz tapşırığa 101,4 faiz əməl edib.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM