Sarı zolaq qadağası ləğv olunmayıb - Rəsmi

10:42 | 23.05.2017
Sarı zolaq qadağası ləğv olunmayıb -  Rəsmi

Sarı zolaq qadağası ləğv olunmayıb - Rəsmi

Sarı zolaq qadağası hələ qüvvədədir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərində görə, qüvvədə olan qadağa əvvəl də deyildiyi kimi mayın 25-i ləğv ediləcək: " Qonaqlar hələ Bakıdadır. Ona görə mayın 25-nə kimi sarı zolağa xüsusi nişanı olan avtombillərdən başqa girənlərə cərimə tətbiq ediləcək”.

Qeyd edək ki, dünən may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunması barədə xəbər yayılmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb