Sarkisyan getdi, Qarabağda müharibə bitir?

11:53 | 24.04.2018
Sarkisyan getdi, Qarabağda müharibə bitir?

Sarkisyan getdi, Qarabağda müharibə bitir?

Azərbaycanda quldur, əli xalqın qanına bulaşana Serj Sarkiysana nifrət edirlər. Amma öz ölkəsində ona qarşı olan nifrət, qəzəb hətta bəzi siyasətçiləri də təəccübləndirib. Son illər ərzində o özünü az qala xalqın atası hesab edirdi. Uzun illər ölkənin rəhbəri olmaq niyyətinə düşüb, özü üçün sultanlıq yaradıb. Erməni xalqı isə işsizlikdən, yoxsulluqdan, iqtisadiyyatın çöküşünü izləməkdən, korrupsiyadan, Sarkisyanın Qarabağda alovlandırdığı müharibədən, övladlarını burada qurban verməkdən yorulub. İndi onun istefası münasibəti ilə Ermənistanda bayramdır. 

Erməni və rus ekspertlərin fikrincə, erməni maydanının lideri Nikol Paşinyanın öz planı var. Sarkisyanın istefası onun planın ancaq birinci hissəsidir. Çoxları hesab edir ki, o vaxtından əvvəl parlament seçkisindən işə başlayacaq. Erməni eskpertlər artıq rus kanllarında maraqlı faktlar açıqlayıblar. Onların sözlərinə görə, deputatların 70 faizi yaxşı yox, sadəcə əla yaşayırlar. Onların çox sayda əmlakı, villaları, hətta xaricdə mülkləri və s var. Aydındır ki, bu pullar qanuni yola qazanılmayıb.
 
Baş nazir vəzifələrini icra edən Karen Karapetyanla Paşinyanın danışıqlardan da çox şey asılıdır. Karapetyan uzun illər Rusiya "Qazprom”un rəhbəri kimi çalışıb və rusiyayönümlü hesab edilir. Paşinyan isə ondan fərqli olaraq qərbə meyillidir. O, ölkəsinin Rusiyanın himayəsində olmasından narazıdır. Amma İrəvanın Moskvadan asıllığı çox güclüdür. Rusiya Ermənistana silah almaq üçün çox milyonluq kredit verib, qazın qiymətini aşağı salıb, bir müddət öncə atom stansiyasının təmiri üçün yenidən böyük vəsait ayırıb. Yeri gəlmişkən Avropa İttifaqı AES-in təhlükəsizlik normalarına cavab vermədiyi üçün bağlanmasını tələb edir.

Hələ nəzərə almaq lazımdir ki, Gümrüd Rusiya hərbi bazası var, Türkiyə ilə sərhəddi rus hərbçiləri qoruyur, iki ölkə arasında bir neçə hərbi razılaşama imzalanıb. 

KİV xalqı bezdirən Sarkisyanın nə Kreml, nə Vaşinqtondan dəstək almadığını xüsusi qeyd edir. Avropa İttifaqı isə ümumiyyətlə onunla bağlı sərt bəyanat yaydı.  

Regionun əsas məsələsi isə hələ də Qarabağdır. Əgər yeni hakimiyyət beynəxaql ictimaiyyətin tələbləri, eləcə də Azərbayacan rəhbərliyinə qulaq asıb işğal etdiyi əraziləri azad edərsə, Cənubi Qafqazda atmosfer təbii ki, dəyişəcək, Ermənistan iqtisadiyyatı isə uzun müddətli ətalətdən çıxa bilər.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb