Saymon Kleq: Bakı Avropa Oyunlarına 400 gün qalır

18:05 | 08.05.2014
Saymon Kleq: Bakı Avropa Oyunlarına 400 gün qalır

Saymon Kleq: Bakı Avropa Oyunlarına 400 gün qalır

“Bakıda çox peşəkar komandamız var. Əminliklə deyə bilərəm ki, Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək” - bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru Saymon Kleq bu gün keçirdiyi mətbuat konfransında deyib.S.Kleq Bakının bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirsə də, çətinliklər haqqında da danışıb: “Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsi, taekvando üzrə Avropa çempionatı, veloyürüşlər və s. kimi beynəlxalq tədbirlər haqqında məlumatlıyam. Lakin bütün bu tədbirlər biryönlü olub.  Bakı 2015 Avropa Oyunları isə daha qlobal tədbir olmaqla yanaşı, özündə müxtəlif idman növlərini birləşdirir. Yarışlara hazırlıq üçün cəmi 30 ay vaxtımız olsa da, biz bunun öhdəsindən gələcəyimizə əminik”.S.Kleq həmçinin bildirib ki, Oyunların keçirilməsi üçün müasir standartlara cavab verən məkanlar çox sürətlə tikilir: "Əminəm ki, bu məkanlar vaxtında təhvil veriləcək. Ancaq burada əsas məsələ yalnız sürət deyil, həm də keyfiyyətdir. Bakı 2015 Avropa Oyunlarına 400 gün qalır. Buna baxmayaraq, hər şey planladığımız kimi davam edir”.  Bakı 2015 Avropa Oyunlarının təhlükəsizlik məsələləri haqqında danışan cənab Kleq, bütün yarışlarda olduğu kimi sözügedən yarışda da bu məsələyə xüsusi diqqət ayırıldığını bildirib:“Bütün beynəlxalq tədbirlərdə olduğu kimi Bakı 2015 Avropa Oyunlarında da təhlükəsizlik məsələsinə diqqət yetirilir. Bunun üçün hökumətlə danışıqlar aparılır”. Qeyd edək ki, S.Kleq Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru təyin edilib. Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş baş icraçı direktoru olan S.Kleq bu vəzifədə Cim Şeri əvəz edib.Cəmilə İbrahimovaANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb