Saymon Kleqq: “İdman siyasətdən uzaqdır” - MÜSAHİBƏ

20:05 | 21.08.2014
Saymon Kleqq: “İdman siyasətdən uzaqdır” - MÜSAHİBƏ

Saymon Kleqq: “İdman siyasətdən uzaqdır” - MÜSAHİBƏ

300 gündən sonra başlayacaq Birinci Bakı Avropa Oyunları bütün dünya idmançılarının diqqətini cəlb etməkdədir. Yarışlar isə 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək, oyunda iştirak etmək üçün Avropadan 6000 idmançı qeydiyyata alınıb.2015-ci il Avropa Olimpiya Oyunlarının Əməliyyat komitəsinin icraçı direktoru Saymon Kleqq ANN.Az-ın suallarını cavablandırıb.- İnsanları maraqlandıran sual budur: hər il dünya və Avropa çempionatları, dörd ildən bir isə yay və qış olimpiya oyunları və digər başqa yarışlar keçirildiyi təqdirdə, nədən Avropa Olimpiya Oyunları keçirilsin?- Yaxşı sualdır. Avropa – yeganə qitədir ki, buranın öz idman oyunları keçirilmir. Bununla belə, Amerikada (Panamerika oyunları), Afrikada və Okeaniyada idman yarışları olur. Avropa Olimpiya Oyunlarının keçirilməsi ideyası çoxdan var idi, amma uzun müddət müzakirə edildi və nəhayət, keçirilməsi qərarına alındı.Biz əvvəlcə 12 idman növü üzrə yarışlar keçirməyi düşünürdük. Amma Oyunlara maraq o qədər böyük idi ki, bu siyahını 19-a qədər genişləndirdik. Bütün bunlar Avropa idman oyunlarına dünyanın böyük diqqət yetirməsindən xəbər verir.- Həm ölkə daxilində, həm də xaricdə Bakıda Birinci Avropa Oyunlarının boykotu haqqında çağırışlar eşidilir. Bakıda bu Oyunların ləğv edilməsi mümkündürmü?-  Əmin edirəm ki, 12 iyun 2015-ci ildə Bakıda Avropa Oyunlarının möhtəşəm açılışı olacaq. Bu yarış Olimpiya hərəkatının üzvü olan bütün ölkələrinin iştirakıyla keçiriləcək. Təşkilat komitəsi və Azərbaycan hökuməti buna zamin durur. Mən deyə bilmərəm ki, bütün ölkələr Bakı oyunlarında iştirak edəcək, amma ümid edirəm ki, bütün ölkələrdən idmançılar gələcək, çünki idman siyasətdən uzaqdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb