Səfir: “Azərbaycanlı turistlərin sayında artım gözlənilir”

14:29 | 12.08.2016
Səfir: “Azərbaycanlı turistlərin sayında artım gözlənilir”

Səfir: “Azərbaycanlı turistlərin sayında artım gözlənilir”

"Qarşıdakı dövrdə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım gözlənilir".
 
APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
 
O qeyd edib ki, hazırda Azərbaycandan Türkiyənin müxtəlif şəhərlərinə, o cümlədən Antalya şəhərinə səfər edən turistlərin sayında artım var: "Türkiyədə həyat artıq çoxdan normallaşıb. Türkiyə və Azərbaycanın son illərdə birgə həyata keçirdiyi işlərə nəzər yetirsək, görərik ki, biz daha da doğmalaşırıq, əməkdaşlığımız inkişaf edir. Eyni zamanda hazırda iki qardaş ölkə olaraq biz digər xarici ölkələrin - Gürcüstan, İran və Türkmənistanın iştirakı ilə gözəl layihələr həyata keçiririk. Rusiya, İran, Azərbaycan və Türkiyənin regional iş birliyini müsbət qiymətləndiririk".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb