Səhiyyə Nazirliyindən əməkdar artistlə bağlı rəsmi açıqlama

17:47 | 21.07.2014
Səhiyyə Nazirliyindən əməkdar artistlə bağlı rəsmi açıqlama

Səhiyyə Nazirliyindən əməkdar artistlə bağlı rəsmi açıqlama

"Bu məsələ Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir və Gülnar Salmanovanın sağalması üçün nazirlik tərəfindən lazımı tədbirlər görüləcək".

Bunu Aktual.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli Dövlət Musiqili Komediya Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ilə bağlı yaranan problemlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əməkdar artist kəskin böyrək çatışmazlığından əziyyət çəkir: "Elə buna görə də həftədə üç dəfə dövlət hesabına dialez alır. Təbii ki, onun səhhəti dialezə görə nəzarətdədir".

Xatırladaq ki, G.Salmanova şəkər xətəliyindən əziyyət çəkir. Bundan başqa, onda xərçəng xəstəliyi də mövcud olub. Hazırda hər iki böyrəyində problemlər var.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM