Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov "AccessBank”ın yeni
depozit kampaniyasının simasıdır. O, bankın depozit kampaniyasını "İlk gedişdən
qələbə” şüarı ilə təmsil edir: https://www.youtube.com/watch?v=YeZWTiLLa0g
"AccessBank” iyun ayının 1-dən yeni depozit
kampaniyasına start verib. Kampaniya çərçivəsində bankda AZN valyutasında
müddətli əmanət hesabı açan fiziki şəxslər illik 11%-dək qazanmaq imkanı əldə
ediblər. Belə ki, depozit yerləşdirən müştərilər əmanət məbləğinin 1%-dək bonus
qazana bilirlər. Əmanətçilər bonus faizlərini əmanət açdıqları gün əldə edə bilir
və şəxsi vəsaitləri kimi istifadə etmək imkanı qazanırlar. Əlavə olaraq, əmanət
müştərilərinə depozit məbləğindən asılı olaraq, bank tərəfindən müsbət qalığa
illik 5%-dək gəlir hesablanan kart da hədiyyə olunur.
Əmanət sifariş etmək
üçün https://bit.ly/35SZYS5
Qeyd edək ki, "AccessBank” Şəhriyar Məmmədyarovun
siması olduğu ilk yerli şirkətdir. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya
çempionu tituluna sahib ilk və yeganə şahmatçıdır. Dünyada "şah" ləqəbi ilə tanınan Şəhriyar
Məmmədyarov türk və müsəlman dünyasında, 2800 elo xalını keçən ilk
və yeganə şahmatçıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !