Selin Dion çətin günlər yaşayır

09:45 | 07.03.2014
Selin Dion çətin günlər yaşayır

Selin Dion çətin günlər yaşayır

Tanınmış ifaçının həyat yoldaşı xərçəng xəstəliyinə tutulubKvebekdə böyük bir ailədə dünyaya göz açan Selin Dion, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur.ANS PRESS-in xəbərinə görə, o, 2004-cü ildə 175 milyon musiqi albomu satmaqla tarixdə ən çox albom satmış qadın sənətçi olduğu üçün başda Dünya Musiqi Mükafatı olmaqla, bir neçə mükafat qazanıb.Dünyaca məşhur müğənni Selin Dion çətin günlər keçirir. Belə ki, ifaçının həyat yoldaşı xərçəng xəstəliyinə tutulub. Kanadalı müğənni bu səbəbdən ən önəmli tədbirlərə belə qatılmır. 72 yaşlı Rene Ancelil daha öncə əməliyyat keçirsə də, xəstəlikdən canını qurtara bilməyib. Müalicəni davam etdirən Rene bunun üçün istirahətə xüsusilə önəm verir.Xatırladaq ki, Selin Dionun həyat yoldaşı 1999-cu ildə də bu xəstəliklə mübarizə apararaq ona qalib gəlmişdi. Uzun müddətdən sonra onun boğazında yenidən şiş yaranıb.Qeyd edək ki, Selin Dion Rene Ancelillə 12 yaşında ikən tanış olub. Cütlüyün arasında 26 yaş fərq var. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM