Sənətçilərimiz Qazaxıstana gedir

11:15 | 13.05.2014
Sənətçilərimiz Qazaxıstana gedir

Sənətçilərimiz Qazaxıstana gedir

Xəbər verdiyimiz kimi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında Qazaxıstanın görkəmli bəstəkarı, SSRİ Xalq Artisti Erkeqali Raxmadiyevin “Alpamıs” operası böyük müvəffəqiyyətlə səhnəyə qoyulub.

Opera və Balet Teatrının mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu layihənin davamı olaraq tamaşa mayın 17-də Qazaxıstanın paytaxtı Astanada nümayiş olunacaq.Tamaşada iştirak etmək üçün TÜRKSOY-un rəhbərliyi tərəfindən Opera və Balet Teatrının bir qrup sənətçisi Astanaya dəvət olunublar. Onlar “Alpamıs” operasının tamaşasında əsas partiyaları ifa edəcəklər.Səhnə əsərində Azərbaycanlı sənətçilərlə yanaşı, Astana Dövlət Operasının orkestri və xoru iştirak edəcəkdir. Orkestri gənc və istedadlı dirijor, beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.Tamaşada TÜRKSOY-un baş katibi Düsen Kaseinovun, habelə türkdilli ölkələrin mədəniyyət nazirlərinin iştirakı nəzərdə tutulub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb