“Sənin başını bədənindən ayıraram!” – Arda Turan

18:27 | 15.10.2014
“Sənin başını bədənindən ayıraram!” – Arda Turan

“Sənin başını bədənindən ayıraram!” – Arda Turan

Türkiyə millisinin futbolçusu Arda Turanın "Avro-2016"nın seçmə mərhələsində Latviya ilə matç (1:1) zamanı rəqib komandanın futbolçusu Qints Freymanisi hədələdiyi üzə çıxıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda latviyalı futbolçu özü bildirib. 
“Arda mənə yaxınlaşaraq dedi: bir az futbol oynayın! Futbol oynamağı da bacarmırsınız. Ancaq təpik atmağı bilirsiniz. Sənin başını bədənindən ayıraram!".
Freymanis bildirib ki, A.Turan bu sözlərlə kifayətlənməyib, onu türkcə söyüb də:  "O, mənə ispan dilində də bəzi təhqiramiz sözlər dedi".
Qeyd edək ki, Freymanis Türkiyə millisi ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb