Sərkisyanın nümayəndələri bu gün Bakıya gəlir

10:47 | 21.11.2014
Sərkisyanın nümayəndələri bu gün Bakıya gəlir

Sərkisyanın nümayəndələri bu gün Bakıya gəlir

Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan və MOK-un İdarə Heyətinin rəhbəri Vaqinak Qalstyan noyabrın 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcəklər. Tədbirin gündəliyində əsas məsələ ilk Avropa Oyunlarının keçirilməsidir.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, erməni nümayəndələr noyabrın 20-də Tiflisə yola düsüblər və Bakıya oradan gələcəklər. Onlar Avropa Oyunlarında Ermənistanın iştirakı məsələsini müzakirə edəcəklər.Ermənistan nümayəndələri, həmçinin idman bazalarına baş çəkəcək, oyunların keçirilmə şəraiti ilə tanış olacaqlar. Qeyd edək ki, Bakıda ilk Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb