Sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO

08:43 | 27.06.2019
Sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO

Sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO

Rusiyada, Buryatiya Respublikasının şimalında  "Anqara” aviaşirkətinə mənsub An-24 sərnişin təyyarəsi  qəza enişi edib. Hadisə zamanı pilotların ikisi də ölüb, daha 7 nəfər xəsarət alıb. 
"RİA Novosti" bildirir ki, bu barədə Respublika rəhbərinin mətbuat katibi Aleksey Fişev məlumat yayıb.
Onun sözlərinə əsasən, təyyarədəki 42 nəfər böyük və 1 uşaq xilas edilib. 
"Təyyarə bu gün səhər saatlarında  Nijneanqarskdan Ulan-Udeyə uçmaq üçün havaya qalxıb.  Bir qədər sonra onun mühərriklərdən birində nasazlıq yaranıb. Heyət hava limanına qayıtmaq qərarına gəlib.
 
İlkin məlumata görə, təyyarə eniş edərkən, uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Nəticədə təyyarə alışıb", - deyə Fişev bilndirib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb