Tariximizin qürur tacı: Şirvanşahlar Sarayı - FOTOLAR

09:30 | 20.05.2015
Tariximizin qürur tacı: Şirvanşahlar Sarayı - FOTOLAR

Tariximizin qürur tacı: Şirvanşahlar Sarayı - FOTOLAR

Çox az sonra Bakı küçələrinin turistlərlə dolacağı, paytaxta əcnəbilərin axışacağı proqnozlaşdırılır. Azərbaycanın qonaqları təkcə olimpia yarışlarını deyil, eləcə də Bakını, onun küçə və prospektlərini, bağ və bağçalarını, parklarını gəzib-dolaşacaq, ölkəmizin milli adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı ilə daha yaxından tanış olmaq istəyəcək. Eyni zamanda əcnəbi qonaqlarımızın daha çox baş çəkəcəyi, maraqla izləyəcəyi məkan tarixi abidələrimiz, qalalarımız, saraylarımız olacaq.

ANN.Az-ın fotomüxbiri əcnəbi qonaqlarımızdan əvvəl tarixi abidələrimizin başında dayanan Şirvanşahlar Sarayında olub və oxucular üçün maraqlı fotosessiya hazırlayıb. Həmin fotoları təqdim edirik.

Şirvanşahlar Sarayı - XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində, İçəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.

Fotolar Fərqanə Novruzovanındır.





























































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb