Şişmanlıq xərçəng xəstəliyi yaradır - EHTİYATLI OLUN

10:30 | 27.11.2014
Şişmanlıq xərçəng xəstəliyi yaradır - EHTİYATLI OLUN

Şişmanlıq xərçəng xəstəliyi yaradır - EHTİYATLI OLUN

Tibb alimlərinin son araşdırmaları göstərir ki, dünya üzrə təxminən yarım milyona yaxın xərçəng xəstəliyinə tutulma artıq çəki ilə bağlıdır. ANN.Az xəbər verir ki, "The Lancet Oncology" jurnalında mütəxəssislər şişmanlığın xərçəng xəstəliyinə tutulmasın əsas risklərindən biri olduğu haqqında məqalə ilə çıxış ediblər.Həkimlər böyük əminliklə qeyd edirlər ki, daha çox inkişaf etməkdə olan ölkələrdə bu problemlə qarşılaşırlar. Misal üçün, 2012-ci ildə Şimali Amerikada şişmanlıq 111 min yeni xərçəng xəstəliyinin ortaya çıxmasına səbəb olub. Avropada isə bu rəqəm 65 min nəfər qeydə alınıb.Maraqlı odur ki, gender fərqliliyi müşahidə olunur. Belə ki, qadınlarda şişmalıq xərçəng xəstəliyinin yaranmasında böyük rol oynayır. Bu göstərici qadınlar üçün 5,3 faiz, kişilər üçün isə 1,6 faiz təşkil edir. Kişilər arasında şişmanlığa görə xərçəngə tutulmalar: Çexiya 5,5 faiz, İordaniya 4,5 faiz, Böyük Britaniya 4,4 faiz.Qadınlar arasında isə ölkələr üzrə göstərici belədir: Barbados 12,7 faiz, Çexiya 12,0 faiz, Puerto-Riko 11,6 faiz. Xərçəng xəstəliyinin növləri ilə bağlı müxtəliflik də var. Şişmanlığa daha həssas xərçəng növləri bunlardır: döş xərçəngi, böyrək və bağırsaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb