Skuter sürənlər 100 manat cərimələnə bilər- RƏSMİ

17:33 | 02.06.2023
Skuter sürənlər 100 manat cərimələnə bilər- RƏSMİ

Skuter sürənlər 100 manat cərimələnə bilər- RƏSMİ

Bu günlərdə Bakıda skuter icarəsi ilə məşğul olan tətbiqlər öz müştərilərinə fəaliyyətlərini müvəqqəti dayandırmaları barədə bildirişlər göndəriblər.

Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bildirişlərdə şirkətlərin tətbiqlərin fəaliyyətini dayandırmasını yol polisinin skuter idarə edən şəxsləri cərimələməsi ilə əlaqələndirdiyi görülür.Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib.

O bildirib ki, skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər.

"Skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti "Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub".

Araz Əsgərli həmçinin deyib ki, qanunla elektrik skuterlər 16-yaşdan aşağı uşaqlara verilməməlidir.

"On altı yaşdan yuxarı şəxslərə icarəyə verildikdə isə təhlükəsizlik təmin edilməlidir. Çox təəssüf ki, 10-12 yaşında uşaqlar da elektroskuterlər idarə edirlər".

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin istifadəsinə dünəndən qadağa qoyulub.

"Bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil",- mətbuat xidmətindən bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb