SOCAR Rusiya limanından neft ixracını kəskin artırdı

11:06 | 06.01.2016
SOCAR Rusiya limanından neft ixracını kəskin artırdı

SOCAR Rusiya limanından neft ixracını kəskin artırdı

2015-ci il ərzində Novorossiyski limanından 1 milyon 270 min 108 ton neft ixrac edilib. Bu da ötən illə müqayisədə 36% çoxdur.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.

Qeyd edək ki, şirkət 2015-ci ilin oktyabr, iyun ayında Novorossiysk limanından neft yola salmayıb.

"SOCAR 2015-ci ilin dekabr ayında Supsa limanından 253 min 506 ton, Ceyhan limanından 1 milyon 852 min 763 ton xam neft ixrac edib. Ümumilikdə yanvar-dekabr ayları ərzində Supsa limanından 2 milyon 794 min 905 ton, Ceyhan limanından isə 17 milyon 931 min 458 ton xam neft ixrac edilib”, - deyə şirkətdən qeyd edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb