"SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olundu

14:25 | 14.12.2015

"SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olundu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub.

"Report"un "SOCAR Trading"ə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda keçirilən təltifetmə mərasimdə şirkət "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb. Şirkət bu mükafata Maltadakı LNG layihəsinə görə layiq görülüb.

Qeyd edək ki, "Platts Global Energy Awards" 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. Müsabiqə dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətlərini əhatə edir.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb