Soçi olimpiadasının iştirakçıları terrorla hədələnir

14:50 | 23.01.2014
Soçi olimpiadasının iştirakçıları terrorla hədələnir

Soçi olimpiadasının iştirakçıları terrorla hədələnir

Almaniya, İtaliya, Macarıstan və Sloveniyanın olimpiya komitələri açıqlama yayaraq bildiriblər ki, Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarıyla bağlı terror hədələri alıblar. 

ANN.Az-ın "euronews.com"a istinadən xəbərinə görə, Sloveniyanın Olimpiya Komitəsinin rəsmisi açıqlamasında bildirib: "Komitə rus dilində yazılmış terror hədələriylə dolu məktub alıb. Biz məktubu tərcümə etdik və onu polisə təqdim etdik". 

Almanlar da eyni məzmunda açıqlama yayaraq bildiriblər ki, "qeyri-müəyyən" məktublar alıblar. 

Öz növbəsində Macarıstan Olimpiya Komitəsi də açıqlama yayaraq bildirib ki, Soçidəki olimpiadada ölkəni təmsil edəcək atletləri terrorla hədələyən məktublar alıblar, məktublar analizdən keçirilib və onların təhlükəsiz olduğu bildirilib. Macarıstan Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Direktoru Zigmund Nagi etiraf edib ki, hədə məktubu Beynəlxalq Olimpiya Komitəsinə (BOK) və Rusiyanın təşkilat komitəsinə göndərilib. 

"Həm BOK, həm də Soçi təşkilat komitəsi məktubları analiz etdikdən sonra, rəsmi olaraq bəyan ediblər ki, məktublardakı hədələr real deyil və məktubu yazan şəxs Olimpiya ailəsinin bütün üzvlərinə analoji məktublar yazıb", Nagi bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb