Soma faciəsi ilə bağlı ilk məhkəmə işi başladı

20:24 | 09.06.2014
Soma faciəsi ilə bağlı ilk məhkəmə işi başladı

Soma faciəsi ilə bağlı ilk məhkəmə işi başladı

Zərərçəkmişlərdən biri 393 min TL həcmində təzminat iddiası qaldırıb
Türkiyənin Manisa vilayətində Soma kömür mədənində baş verən və 301 mədənçinin ölümü ilə nəticələnən faciə ilə bağlı ilk məhkəmə işi açılıb. 
ANS PRESS-in məlumatına görə, Soma mədəninin məxsus olduğu şirkətə qarşı təzminat iddiası qaldıran ilk zərərçəkmiş Balıkesir vilayətində yaşayan Qamze Deyirmən adlı qadın olub. Soma mədənində həyat yoldaşını itirən qadın Soma mədəninin rəhbərliyinə və Türkiyə Kömür İdarəçiliyinə qarşı 393 min türk lirəsi həcmində maddi və mənəvi təzminat iddiası qaldırıb. 
5 yaşlı oğlu və yaş yarımlıq qızı ilə tək qalan zərərçəkmiş qadın təqsirkarlar öz cəzasını almayınca geri çəkilməyəcəyini deyir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM